Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının ən yaxşı öyrəncisi saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının ən yaxşı öyrəncisi saxlanılıb

Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının ən yaxşı öyrəncisi saxlanılıb


Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının ən yaxşı öyrəncisi Yaşar Hüseynzadə Dəlir saxlanılıb.

Türk öyrənci sentyabrın 22-də Təbrizin Qətran məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Bu barədə Y.Hüseynzadə Dəlirin yaxalandığına şahid olan onun yaxın dostlarından biri məlumat verib. İnformasiyaya görə, öyrəncinin yaxalanmasında təhlükəsizlik orqanlarına məxsus bir neçə avtomobil və motosiklet istirak edib, təhlükəsizlik qüvvələri öyrəncini yaxalarkən kobud rəftarlara yol veriblər.

Y.Hüseynzadə Dəlir Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. O digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisası qrupunun müdiri Əhməd Fərşbafiyanın öz vəzifəsindən kənarlaşdırılması və bir neçə müəllimin türk dili ixtisasına cəlb olunmasında böyük rol oynayıb.

Əhməd Fərşbafiyan Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılmasına qarşı olub, o öyrəncilərin bu ixtisasa cəlb olunmaması və ixtisasın ümumiyyətlə zəifləməsi üçün əlindən gələni edib.

Öyrəncinin saxlanılmasında Əhməd Fərşbafiyanın əsas rol oynadığı ehtimal olunur.

Y.Hüseynzadə Dəlirin atası Təbriz Universitetinin təhsil məsələləri üzrə keçmiş rəis müavini olub, o universitetin tanınmış müəllimlərindən biridir.

Geri dön