Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçiriləcək

AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçiriləcək


Sentyabrın 29-da Gəncədə Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – “volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.

AAF-dan bildiriblər ki, tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Nayl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fontiyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “volkicar” pilotları iştirak edəcəklər.

Tədbirdə “volkicar”, drift və idman avtomobillərinin yürüşü, “volkicar”ların yarışı, “volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunacaq. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq.

Tədbir çərçivəsində Gəncədə uşaqlar üçün “Yol hərəkəti təhlükəsizliyi” həftəsi də keçiriləcək. Bununla əlaqədar sentyabrın 30-dan oktyabrın 4-dək Gəncə şəhərindəki bir sıra ümumtəhsil məktəblərində təşkil olunacaq təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. Uşaqlara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumat veriləcək.

Geri dön