Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Estoniya polisi sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hüquq > Estoniya polisi sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir

Estoniya polisi sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir


Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.

Sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq “sakitləşdirici tənəffüs” adlandırıblar.

Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.

Aygün Əliyeva

Geri dön