Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır

YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır


YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabr ayının 28-də saat 20.00-da bolqar rejissor Xristo Stoyçevin quruluşunda hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açacaq.
Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Bolqarıstandan dəvət olunmuş Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.
Kollektiv V.Şekspirin “III Riçard” əsərini yeni səhnə redaksiyasında təqdim edir. Səhnələşdirmədə lənət mövzusu əsas götürülüb. “Hər bir insan doğulduğu gündən lənətlənib. Bu həyat həqiqətini anlayanda insan faciə qəhrəmanı olur”.

“Lənət” adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış edirlər.

Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi dedikdə pazl oyunu nəzərdə tutulur. Bu o deməkdir ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır.

Geri dön