Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın iki atleti Qətərdə dünya çempionatının final mərhələsinə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, İdman > Azərbaycanın iki atleti Qətərdə dünya çempionatının final mərhələsinə yüksəlib

Azərbaycanın iki atleti Qətərdə dünya çempionatının final mərhələsinə yüksəlib


Sentyabrın 27-də Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatına start verilib.

Mundialın birinci günüdə atletimiz Anna Skidan cəkicatma növündə 73,32 metr nəticə göstərərək finala yüksəlib.

Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Atletimiz bu nəticə ilə adını finala yazdırıb.

Nazim Babayevin isə çıxışı uğursuz olub. O, 16,65 metr nəticə göstərərək 19-cu olub və finala vəsiqə qazana bilməyib.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edirlər.

Qeyd edək ki, marafonda iştirak edən digər təmsilçimiz Evans Kiplaqat isə oktyabrın 5-də mübarizəyə başlayacaq.

Geri dön