Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın saxladığı İngiltərə gəmisi sərbəst buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın saxladığı İngiltərə gəmisi sərbəst buraxılıb

İranın saxladığı İngiltərə gəmisi sərbəst buraxılıb


İran media orqanları İngiltərəyə məxsus “Stena İmpero” adlı gəminin bu gün Bəndər Abbas limanından beynəlxalq sulara doğru hərəkətə başladığı barədə məlumat yayıblar.

Hörmüzqan Limanlar və Dənizçilik Baş İdarəsinə istinadən dərc edilən xəbərlərdə bildirilir ki, sözügedən gəmi bu gün səhər saat 9 radələrində tam sərbəst buraxılıb və o, körfəzin beynəlxalq keçidinə tərəf üzməyə başlayıb.

Bir neçə saat öncə isə “Reuters” xəbər agentliyi beynəlxalq naviqasiya şirkətlərinə istinadən oxşar məlumat yaymışdı.

Bundan 2 gün öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi gəminin azad edilməsi üçün aparılan danışıqların sona çatdığını bəyan etmişdi.

Xatırladaq ki, “Stena İmpero” iyulun 19-da “Sepah” terror təşkilatı tərəfindən saxlanılmışdı. Bəzi iranlı rəsmilər bildirirdilər ki, bu addım İrana məxsus “Grace 1” tankerinin Cəbəli-Tariq tərəfindən saxlanılmasına cavab olaraq atılıb.

Geri dön