Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” komandası “Pas”la qarşılaşacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” komandası “Pas”la qarşılaşacaq

“Traxtur” komandası “Pas”la qarşılaşacaq


Güney Azərbaycanın “Traxtur” futbol komandası bazar günü Həmədan təmsilçisinin qonağı olacaq.

“Traxtur” İran kuboku çərçivəsində keçiriləcək birinci yarışda “Pas” komandası ilə qarşılaşacaq.

Görüş sentyabrın 29-u Təbriz vaxtı ilə saat 15:30-da Həmədanın Hacı Babayi stadionunda başlayacaq.

“Traxtur”-“Pas” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanı İran super liqasında təmsil edən “Traxtur” komandası yarışların 5-ci həftəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda tərəfdarları Mustafa Dənizlinin yetirmələrinin İran kubokunda da güclü çıxış edəcəyinə ümid edir.

Geri dön