Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır


Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 860 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 194 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 6 ədəd geriləyərək 713 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 147 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 146 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 41 ədəd geriləyib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Geri dön