Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Nobel qardaşlarının ilk uğuru” filmi dünyanı dolaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Nobel qardaşlarının ilk uğuru” filmi dünyanı dolaşır

“Nobel qardaşlarının ilk uğuru” filmi dünyanı dolaşır


Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “2019 Zaporizhzhia International Film Festival Ukrainian” festivalında “Ən yaxşı sənədli film yarışması”nda bütün mərhələləri keçərək finala çıxıb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

“Filmlərimiz son bir ildə 80 mükafat alıb. Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu mənim uğurum deyil, Azərbaycan mədəniyyətinin uğurudur”,-deyə C.Qasımov bildirib.

Onun sözlərinə görə, “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Filmin çəkilişləri 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

Bu ekran əsəri sentyabrın 10-da Dominikan Respublikasında keçirilən “Internacional De Cortometrajes Libelula Dorada” Festivalında “Sənədli film” kateqoriyasında xarici dil üzrə “Şərəf” adına layiq görülüb. Artıq bu nominasiya filmin rejissoruna təqdim olunub.

Geri dön