Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yisrael Katz: “Sabah baş verəcək savaşın qarşısını almaq üçün İran rejimini bu gün dayandırmaq lazımdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yisrael Katz: “Sabah baş verəcək savaşın qarşısını almaq üçün İran rejimini bu gün dayandırmaq lazımdır”

Yisrael Katz: “Sabah baş verəcək savaşın qarşısını almaq üçün İran rejimini bu gün dayandırmaq lazımdır”


İsrailin xarici işlər naziri Yisrael Katz sentyabrın 26-da BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edərək İran İslam Respublikasının region ölkələrinə qarşı təhdidindən və bölgədə baş verə biləcək müharibə təhlükəsindən danışıb.

O deyib ki, əgər dünya birliyi körfəz regionunda yeni bir savaşın baş verməsini istəmirsə, indidən çarə qılmalı, İran rejiminin regional təxribat xarakterli əməllərinin qarşısını almalıdır: “Əgər biz sabah regionda baş verə biləcək savaşın qarşısını almaq istəyiriksə, bu gündən hərəkətə keçməli, İran rejimini dayandırmalıyıq.

Mən üzümü İran rejiminin başçılarına tutub onların öz dilində (farscada) deyirəm: -Cücəni payızda sayarlar. Bu işin nəticəsi sonda bəlli olacaq” –deyə, İsrailin xarici işlər naziri Yisrael Katz əlavə edib.

Geri dön