Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Damla güney azərbaycanlıların qonaqpərvərliyini təqdir edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Damla güney azərbaycanlıların qonaqpərvərliyini təqdir edib

Damla güney azərbaycanlıların qonaqpərvərliyini təqdir edib


Quzey azərbaycanlı məşhur müğənni Damla Təbrizə etdiyi səfər zamanı güney azərbaycanlıları qonaqpərvərliyi və mehribanlığını təqdir edib.

Damla artıq 2-ci gündür ki, Təbriz şəhərindədir və güney azərbaycanlılar onu böyük sevgi və hörmətlə qarşılayıblar.

Müğənni video yayaraq, bu cür sevgi və mehribanlığın onu dərin təsirləndirdiyini deyib və öz sevinc göz yaşlarını gizlədə bilməyib.

O Urmiya, Ərdəbil və Rəşt şəhərindən çoxlu sayda güney azərbaycanlının onunla görüşə gəldiyini vurğulayır.

Damla Güney Azərbaycanda bu qədər sevildiyini təsəvvür etmədiyini, eləcə də güney azərbaycanlı soydaşlarımızın qonaqpərvərliyi, səmimiyyəti və mehribanlığı önündə təsirləndiyini deyib.

Damlanın bu videosu anti-Azərbaycan şəxslərin, eləcə də paniranistlərin qəzəbinə səbəb olub. İran rejiminə bağlı “Təbrize bidar” agentliyi xəbər yayaraq, bu məşhur və sevilən müğənnini nüfuzdan salmağa çalışıb və qara yaxma kampaniyasına əl atıb.

Geri dön