Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə keçirilən beynəlxalq turizm sərgisində “Naxçıvan Muxtar Respublikası” stendi maraqla qarşılanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Sosial > Türkiyədə keçirilən beynəlxalq turizm sərgisində “Naxçıvan Muxtar Respublikası” stendi maraqla qarşılanıb

Türkiyədə keçirilən beynəlxalq turizm sərgisində “Naxçıvan Muxtar Respublikası” stendi maraqla qarşılanıb


Sentyabrın 26-29-da Türkiyənin Van şəhərində keçirilən X Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisində “Naxçıvan Muxtar Respublikası” stendi də tədbir iştirakçılarına təqdim edilib.

Stendin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəlxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə hazırlanıb.

16 ölkədən 350 şirkətin qatıldığı sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi və İrəvan xanlığının bayrağı iştirakçıların diqqətini cəlb edib və maraqla qarşılanıb.

Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub. “Sirab”, “Badamlı” mineral suları, Naxçıvan duzu və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

Geri dön