Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə “farsca yetərlilik testi”nə qarşı etiraz bildirişləri paylanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə “farsca yetərlilik testi”nə qarşı etiraz bildirişləri paylanılıb

Təbrizdə “farsca yetərlilik testi”nə qarşı etiraz bildirişləri paylanılıb


Güney Azərbaycanda məktəblilər üzərində “farsca yetərlilik testi”nin tətbiq olunmasına qarşı etirazlar davam edir.

Son məlumata görə, Təbrizdə əhali arasında irqçi layihəyə etiraz edən çox sayda bildiriş vərəqəsi paylanılıb. Eyni vərəqələr şəhərin müxtəlif məhəllələrində divarlara da yapışdırılıb.

Bildirişlərdə “farsca yetərlilik testi”nin tətbiq olunmasına etiraz etməklə yanaşı GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi” təşkilatının adı da qeyd olunub.

Məktəblərdə irqçi layihə kimi qiymətləndirilən testin tətbiq olunması bundan əvvəl də geniş etirazlara səbəb olmuşdur.

Xatırladaq ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.

Layihəyə əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirdi. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.

Geri dön