Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un oyunları bir daha İdman kanalında yayımlanmayacaq – Səbəb?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”un oyunları bir daha İdman kanalında yayımlanmayacaq – Səbəb?!

“Traxtur”un oyunları bir daha İdman kanalında yayımlanmayacaq – Səbəb?!


Hazırda İran üzrə keçirilən 19-cu super liqa yarışlarında ikinci yerdə qərarlaşan Güney Azərbaycanın “Traxtur” futbol klubuna qarşı yeni təzyiqlərin başladığı görünür.

Son yayılan məlumata görə, Azərbaycan komandasının oyunları bir daha İdman kanalında yayımlanmayacaq.

Bu barədə “Traxtur” klubu rəsmən açıqlama yayıb.

“Traxtur” klubu məşhur iş adamı Məhəmmədrza Zenuziyə ötürüldükdən sonra bu klub oyunlarının İdman kanalında canlı olayaraq yayımlanmasına nail ola bilmişdir. Bu məsələ komanda tərəfdarları tərəfindən də böyük rəğbətlə qarşılanırdır və klub üçün bir üstünlük sayılırdı.

“Traxtur” klubu bu barədə rəsmi açıqlama yayaraq artıq oyunlarının İdman kanalında yayımlanmayacağını elan edib. Bildirilib ki, komandanın oyunları bundan əvvəl olduğu kimi, Şərqi Azərbaycan Əyalətinin Səhənd kanalından yayımlanacaq.

İranın idman saytları proqramın dayandırılmasını tərəflər arasında fikir ayrılığının yaranması ilə əlaqələndiriblər. Məsələnin təfərrüatı ilə bağlı ətraflı məlumat yayılmayıb.

Qeyd edək ki, Güney Azərbaycan komandasının oyunları GünAz TV ekranından da canlı olaraq yayımlanır.

Geri dön