Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib

İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib


İran prezidenti Həsən Ruhani sentyabrın 30-u axam saatlarında İrəvanda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmaq üçün Ermənistana səfər edib.

Ermənistana səfərdə Həsən Ruhanini İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və digər yüksək rütbəli rəsmilər müşayiət edir.

Həmin gün, Ruhani Ermənistan prezidenti Armen Sarkisyanla görüşərək iki ölkə arasındakı əlaqələrdən və bir sıra regional sahələrdə birgə əməkdaşlıq barədə danışıqlar aparıb.

Ruhani Ermənistan prezidenti ilə görüşdə iki ölkənin müştərək mədəni və tarixi xüsusiyyətlərə malik olduğunu vurğulayıb və aralarındakı dost və səmimi əlaqələrə toxunaraq, Tehranla İrəvan arasındakı əlaqələrin inkişafa doğru irəliləməsindən məmnun olduğunu bildirib: “Bütün qonşu ölkələrlə, o cümlədən də Ermənistanla əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək, İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biridir.

İranla Ermənistan müxtəlif sahələrdə, o cümlədən də enerji, tranzit, nəqliyyat, turizm və sənaye baxımdan böyük potensiala malikdirlər. Hesab edirik ki, bu potensialdan hər iki millətin mənafeyi üçün istifadə etmək olar. İran İslam Respublikası özünün texniki-mühəndislik xidmətləri, o cümlədən də sədlərin tikintisi və enerji sahələrində qazandığı təcrübəsini Ermənistanın ixtiyarına qoymağa hazırdır.

İranın regional iqtisadi münasibətlərdə iştirakı, o cümlədən də Ali Avrasiya İqtisadi Şurasında hüzuru, regionda iqtisadi əlaqələrin və qarşılıqlı birgə əməkdaşlığın gücləndirilməsi üçün münasib bir fürsət sayıla bilər. Hesab edirik ki, iki ölkənin azad iqtisadi zonaları, xüsusən də Araz və Meqri zonaları arasındakı əlaqələr genişləndirilməli, ətraf mühitin qorunması, eləcə də iki ölkənin turizm sahəsindəki potensialından daha səmərəli istifadə olunması üçün birgə əməkdaşlığı gücləndirilməlidir” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

Görüşdə, Ermənistan prezidenti Armen Sarkisyan deyib ki, onun ölkəsi İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir: “Ermənistan İran İslam Respublikası ilə əlaqələrini, o cümlədən də iqtisadi, sənaye, enerji və ətraf mühit sahələrində birgə əməkdaşlığını gündən-günə genişləndirmək niyyətindədir.

Hesab edirik ki, Avrasiya iqtisadi zonasının fəaliyyəti indikindən daha böyük və geniş ola bilər. Biz isə İranla bütün sahələrdə əlaqələrimizi genişləndirməyə hazırıq. Biz həm də ölkələrimz arasındakı azad iqtisadi zonaların daha da fəallaşmasını müsbət qarşılayırıq” –deyə Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib.

Ruhaninin Ermənistana ikigünlük səfəri bu gün axşam başa çatacaq.

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasına Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. İranın da bu ilin noyabr ayında həmin şuraya üzv olması gözlənilir.

Geri dön