Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna kitabxanalarından nümayəndələr MEK-i ziyarət ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ukrayna kitabxanalarından nümayəndələr MEK-i ziyarət ediblər

Ukrayna kitabxanalarından nümayəndələr MEK-i ziyarət ediblər


Ukraynanın Dövlət Gənclər Kitabxanasının müdürü G.A.Saprıkinın başçılığı ilə Ukrayna kitabxanalarını təmsil edən nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub. Nümayəndə heyəti ilə kitabxanaların inkişafı, onların informasiya texnologiyalarına uyğunlaşdırılması sahəsində təcrübə mübadiləsi və cari vəziyyətinin müzakirəsi məqsədilə görüş keçirilib. Qonaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar, Diplomatik Fond, Nadir kitablar Fondu, Dissertasiyalar zalı və digər oxu zallarını ziyarət ediblər. Ukraynalı həmkarlar Rəqəmsallaşdırma və Açıq elektron mənbələr şöbələrinin fəaliyyətini dərindən öyrəniblər. Görüşdə MEK-in direktoru Leyla İmanova qonaqlarla Kiyev, Poltava, Xarkov kitabxanaları ilə kitabxanalararası mübadilə və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nümayəndə heyəti tərəfindən MEK-in fonduna Ukraynanın tarixi, mədəniyyəti, memarlığı və ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edilib.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön