Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimi ləğv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimi ləğv edilib

Təbrizdə Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimi ləğv edilib


Təhlükəsizlik orqanlarının müdaxiləsi ilə xanım Sepidə Rəsulinin türkcə şeir kitabının təqdimat mərasimi ləğv olunub.

“Çıraqsız gəzməkdir səni sevmək” kitabının təqdimat mərasimi Təbrizin Mərkəzi Kitabxanasında keçirilməli idi. Mərasimdə azərbaycanlı şair kitabını təqdim etməklə yanaşı onunla bağlı ədəbi tənqidləri də dinləyəcəyini bildirmişdir.

Məlumata görə, mədəni mərasim açılışı elan olunduqdan bir neçə dəqiqə sonra təhlükəsizlik orqanlarının müdaxiləsi ilə bağlanıb.

Bu barədə mərasim iştirakçılarından biri deyib: “Təqdimat mərasiminin açılışından 10 dəqiqə sonra şəhərin sözdə mədəniyyət işləri üzrə məsulları Mərkəzi Kitabxana ilə əlaqə saxlayaraq mərasimin dərhal dayandırılmasını tələb ediblər.”

2019-cu ilin birinci aylarında Təbrizdə Səccad Zeynalının “Dirəniş eposu” kitabının təqdimat mərasimi də iki dəfə təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv olunmuşdur.
“Dirəniş eposu” kitabı Xoy şəhəri əhalisinin ötən əsrin əvvəllərində “Ciloluq faciəsi” zamanı erməni cinayətkarlarının hücumuna qarşı qəhrəmancasına müqavimət göstərməsindən bəhs edir.

Geri dön