Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya G20 ölkələri Xarici İşlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Yaponiya G20 ölkələri Xarici İşlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib

Yaponiya G20 ölkələri Xarici İşlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib


Yaponiya hökuməti G20 ölkələri Xarici işlər nazirlərinin Naqoya şəhərində keçiriləcək görüşünə daha doqquz ölkənin nümayəndələrini dəvət edib.

Oktyabrın 4-də Yaponiya Xarici İşlər Nazirliyindən bu ölkədəki bürosuna verilən məlumata görə, noyabrın 22-23-də keçiriləcək görüşdə İspaniya, Çili, Vyetnam, Misir, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur və Tailandın Xarici işlər nazirləri də iştirak edəcəklər.

Xatırladaq ki, Yaponiya cari ildə G20 ölkələrinin toplantısına sədrlik edir. G20 ölkələri liderlərinin iyunun 28-29-da Osaka şəhərində keçirilən sammiti isə bu ölkə ərazisində təşkil edilən ilk belə tədbir olub.

Vüqar Ağayev

Geri dön