Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Bank tədavülə yeni gümüş yubiley pul nişanları buraxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Mərkəzi Bank tədavülə yeni gümüş yubiley pul nişanları buraxıb

Mərkəzi Bank tədavülə yeni gümüş yubiley pul nişanları buraxıb


Cari ildə ölkəmizdə mərkəzi bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

AMB-dən bildirilib ki, yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qram (+ 0.1 qram), diametri isə 38.61 millimetr təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Mərkəzi bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Mərkəzi Bankın inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, manatın simvolu, milli naxış və ornamentlər təsvir olunub.

Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara, eləcə də milli naxış və ornamentlər təsvir edilib.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Geri dön