Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XİN: "Düdelanj"-"Qarabağ" matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Siyasət > XİN: "Düdelanj"-"Qarabağ" matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib

XİN: "Düdelanj"-"Qarabağ" matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib


"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".
Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.
Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib.

Geri dön