Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan səfiri ölkəmizə irad tutan Xameneyinin nümayəndəsini Təbrizdə belə susdurdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycan səfiri ölkəmizə irad tutan Xameneyinin nümayəndəsini Təbrizdə belə susdurdu

Azərbaycan səfiri ölkəmizə irad tutan Xameneyinin nümayəndəsini Təbrizdə belə susdurdu


Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın "dini lideri"nin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Məhəmmədəli Al-Haşim ilə görüşüb.

Rəsmi yayılan məlumata görə, görüşdə gərginlik yaşanıb.

“Azertag”ın məlumatına görə, Məhəmmədəli Al-Haşim səfir Bünyad Hüseynova irad tutub.

O bildirib ki, Kərbəla şəhidlərinin yad edilməsi üçün məhərrəmlik ayında Azərbaycanın müxtəlif şəhərlərində mərasimlər keçirilib.

“Lakin məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi yaxşı hal deyil” – deyə "dini lider"in nümayəndəsi deyib.

Buna cavab olaraq, səfir Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir.

“Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil” -deyə səfir əlavə edib.

Bünyad Hüseynov bundan başqa qeyd edib ki, əslində bu il Azərbaycanda yaşayan müsəlmanlar, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib.

“Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq” – deyə diplomat fikrini yekunlaşdırıb

Geri dön