Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət, Bildiriş > Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır

Bakıda Qaraçay-Çərkəz Mədəniyyət Günləri başlayır


Bu gün Bakıda Qaraçay-Çərkəz Respublikası (Rusiya) Mədəniyyət Günləri başlayır.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakı ofisinin Mətbuat xidmətindən məlumat verilib.
Bu gün Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert keçiriləcək. Konsertdə Qaraçay-Çərkəz Respublikasından çoxlu sayda yaradıcı qrup iştirak edəcək.
Nümayəndə heyətinə Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov və Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulov başçılıq edir.
Konsert saat 19:00-da başlayacaq. Giriş pulsuzdur.

Geri dön