Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bünab Azad Universitetinin çoxlu sayda əməkdaşı işdən çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bünab Azad Universitetinin çoxlu sayda əməkdaşı işdən çıxarılıb

Bünab Azad Universitetinin çoxlu sayda əməkdaşı işdən çıxarılıb


Şərqi Azərbaycan əyalətinin Bünab rayonun İslami Azad Universiteti azı 13 əməkdaşını işdən çıxarıb.

Bundan öncə isə Bünab Dövlət Universiteti öz işçilərinin sayını azaltmışdı.

Azad Universitetinin çıxarılmış işçilərinin böyük pedaqoji təcrübəsi olduğu deyilir. Onların yoxluğu universitetə ciddi zərbələr vuracaq.

Bünab Dövlət Universiteti isə bir müddət əvvəl heç bir səbəb göstərmədən, 12 təcrübəli əməkdaşını işdən çıxarmışdı.

Yüksək inflyasiya həddi və qiymətlərin 100%-dən çox artması fonunda onsuz da maddi vəziyyətləri ağır olan müəllimlərin işsizlik səbəbindən ailə-məişət qayğıları daha da çoxalacaq.

Son aylar ərzində İranın müxtəlif bölgələrində yerləşən universitetlərin bir çoxunun oxşar addımı atması səbəbindən işsizlər sırasına onlarla tərcübəli müəllim də əlavə olunub.

Ə.A

Geri dön