Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda keçirilən Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət > Azərbaycanda keçirilən Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri başa çatıb

Azərbaycanda keçirilən Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri başa çatıb


Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilib.

Tədbir çərçivəsində Qaraçay-Çərkəz xalqlarının mədəni irsini əks etdirən yerli sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Bildirib ki, bu gün Qaraçay-Çərkəz xalqının mədəniyyətini nümayiş etdirən “Elbrus” Dövlət Rəqs Ansamblının çıxışını izləyəcəyik. Qeyd edib ki, ansamblın çıxışı hər iki ölkə xalqlarının bir-birlərini daha yaxşı başa düşməsinə dəstək olacaq.

Azərbaycanın göstərdiyi xoş münasibətdən məmnunluğunu ifadə edən Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov bildirib ki, ansambl dünyanın bir çox ölkələrində çıxış etsə də, burada insanlardan aldığı hərarəti heç zaman unutmayacaq.

Konsertdə “Biz Elbrus dağının ətəyində yaşayırıq” xoreoqrafik kompozisiyası, “Muradım” və “Qafqaz” mahnıları, “Xəncər” və digər rəqslər ifa olunub.

Qaraçaylıların qədim “Kapiteyna” xoreoqrafiyası isə gözəl və nərmə-nazik qızların toyda cavan oğlanlarla birlikdə necə rəqs etdiklərini nümayiş etdirir.

Ansamblın bədii rəhbəri Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulovdur.

Geri dön