Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ hərbçilərini Suriyanın şimalından çıxarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > ABŞ hərbçilərini Suriyanın şimalından çıxarıb

ABŞ hərbçilərini Suriyanın şimalından çıxarıb


ABŞ Türkiyə tərəfindən Suriyanın şimalında hərbi əməliyyatın planlaşdırılması ilə əlaqədar hərbçilərini bu ərazidən çıxarıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman bildirib.
Onun sözlərinə görə, eyni zamanda ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğu dəyişməz qalıb.
Conatan Hoffman əlavə edib ki, Pentaqonda hesab edirlər ki, sabitliyin saxlanılması üçün ən yaxşı yol Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması olacaq.
"Təəssüf ki, Türkiyə birtərəfli qayda ilə hərəkət etməyə qərar verdi. Nəticədə biz Suriyanın şimalından ABŞ hərbçilərini onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq", - deyə Hoffman qeyd edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində əməliyyat keçirəcəyi bölgədə Birləşmiş Ştatlar ordusunun 50 hərbi qulluqçusu var.

Geri dön