Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Urmiya 90” klubu “Traxtur”u bu stadionda qəbul edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Urmiya 90” klubu “Traxtur”u bu stadionda qəbul edəcək

“Urmiya 90” klubu “Traxtur”u bu stadionda qəbul edəcək


“Urmiya 90” klubu İran kuboku çərçivəsində keçiriləcək görüşdə Azərbaycanın “Traxtur” komandasını Urmiyanın “Təxti” stadionunda qəbul edəcək.

Bu barədə “Urmiya 90” klubunun icraçı direktoru Yəhya Bahari “Fars” xəbər agentliyinə danışıb.

“Görüşün 15 min nəfərlik Bakiri stadionunda keçiriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Doxsan doqquz faiz ehtimalla görüş Urmiyanın Təxti stadionunda baş tutacaq. Ona görə ki, Bakiri stadionu standart vəziyyətdə deyil.”- deyə o bildirib.

Klubun icraçı direktorunun sözlərinə görə, Liqa Təşkilatı 15 min nəfərlik stadionun normal vəziyyətdə olmadığını nəzərə alaraq görüşün bu stadionda keçirilməsinə icazə verməyəcək.

Qeyd edək ki, “Traxtur”un 4 oyunçusu İran yığmasının təlim-məşq toplanışında olduğu üçün Azərbaycan komandalarının görüşü noyabr ayına təxirə salınıb.

“Traxtur”-“Urmiya 90” görüşü noyabrın 26-da Urmiya şəhərində keçiriləcək.

Xatırladaq ki, “Traxtur” və “Urmiya 90” Güney Azərbaycanda ən çox sevilən futbol komandaları sayılır. Bu komandaların görüşlərində Güney Azərbaycanın demokratik və milli hüquqları ilə bağlı çoxlu şüarlar səsləndirilir. İran kuboku çərçivəsində keçiriləcək görüşdə stadionun milli şüarlarla lərzəyə gətiriləcəyi gözlənilir.

Geri dön