Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəlbləri sözün qüdrəti ilə fəth edən şair
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

Qəlbləri sözün qüdrəti ilə fəth edən şair


Astara rayonundakı Kakalos Kənd Folklor Evində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə əvvəlcə Azərbaycan əsilli müğənni Sami Yusufun İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər mütəfəkkir şair-filosof İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatındakı rolundan və yaradıcılığından danışıblar.

Qeyd olunub ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində özünəməxsus yeri var. Onun şeirlərindəki fəlsəfi fikirlər bu gün də bəşəriyyətə xidmət edir. Böyük şair qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması dövlətimizin başçısının şairin yaradıcılığına göstərdiyi böyük diqqətinin göstəricisidir.

Sonda Kakalos Kənd Folklor Evinin bədii özfəaliyyət kollektivinin ifasında Nəsiminin qəzəllərinin motivləri əsasında hazırlanmış ədəbi- bədii kompozisiya nümayiş etdirilib.

Geri dön