Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib

Fərəc Quliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev akademik Vasim Məmmədəliyevin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevin vəfatı xəbərini biz dərin üzüntü ilə qarşıladıq.
Yüzlərlə elmi əsərin, onlarla dərsliklərin, monoqrafiyaların və tərcümələrin- o cümlədən Qurani-Kərimin müfəssəl şəkildə Azərbaycan dilinə tərcüməsinin, eləcə saysız elmi məqalələrin müəllifi olan Vasim Məmmədəliyev Azərbaycan elminin nüfuzlu simalarından biri, böyük ziyalı kimi adını tarixə yazdırmış bir şəxsiyyətdir. Bir ziyalı, elm xadimi və pedaqoq kimi xalqımız qarşısında əvəzsiz xidmətləri olan Vasif müəllim dinin cəhalətdən arınması istiqamətində də ilahiyyat elminə böyük töhfələr vermişdi.
Vətənpərvər ziyalı ailəsində doğilan Vasim Məmmədəliyev bütün fəaliyyətində sağlam düşüncəli, zəngin mənəviyyata sahib, elmli bir nəslin formalaşması istiqamətində çalışmış, tələbələrinə və onu dinləyən istənilən auditoriyaya bunu aşılamışdır.
Vasim Məmmədəliyevin bu dünyadan köçməsi Azərbaycan xalqı üçün olduqca ağır itgidir.
Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk.

Məkanı Cənnət, ruhu şad olsun!”

Geri dön