Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sepah” paniranist sayt “Amadnews”un rəhbəri Ruhullah Zəmin həbs edildiyilə bağlı xəbər yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Sepah” paniranist sayt “Amadnews”un rəhbəri Ruhullah Zəmin həbs edildiyilə bağlı xəbər yayıb

“Sepah” paniranist sayt “Amadnews”un rəhbəri Ruhullah Zəmin həbs edildiyilə bağlı xəbər yayıb


“Sepah” terror təşkilatı paniranist sayt olan “Amadnews”un rəhbəri Ruhullah Zəmi həbs etdiyi barədə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Sepah” qarışıq kəşfiyyat əməliyyatı nəticəsində Ruhullah Zəmi tələyə salaraq, İrana gətirə və həbs edə bilib.

Qurum paniranist saytın rəhbərinin həbsinə hədəflənmiş sözügedən əməliyyatın nə vaxt və harada keçirildiyilə bağlı detallara toxunmayıb.

İran rəsmiləri “Amadnews”un təsisçisi Ruhullah Zəmi 2017-ci il etirazları zamanı xalqı qızışdırmağa cəhd göstərməkdə ittiham edir.

İranın rabitə və informasiya naziri Məhəmmədcavad Azəri Cəhromi “Twitter”də “Telegram” sosial şəbəkəsinin icraçı direktoru Pavel Durova xitabən yazdığı statusda “Amadnews”un kanalının “insanlar arasında nifrət yaymaq, xalqı molotov kokteylindən istifadə, silahlı üsyan və ictimai təhlükəli əməllərə təşviq etdiyini” əsas gətirərək, bu kanalın “Telegram” hesabının fəaliyyətinin dayandırılmasını istəmişdi. Bundan sonra “Amadnews”un 1 milyon 400 min nəfərdən çox üzvü olan “Telegram” kanalı bloklanmışdı.

Pavel Durov bununla bağlı verdiyi açıqlamada bildirmişdi ki, kanal “Telegram”ın zorakılığa çağırışın qadağan edilməsiylə bağlı qaydalarına əməl etmədiyinə görə silinib.

Bir çox siyasi və ictimai fəallar “Amadnews”u İran hökuməti ilə əməkdaşlıqda ittiham edirlər. İran daxilində radikal mühafizəkarlar da Həsən Ruhani hökumətinin bu sayta məlumatlar ötürdüyünü bildirirlər.

2017-ci ilin dekabr ayında sabiq “Sepahçı” və hazırda siyasi təhlilçi olan Həsən Abbasi Qərçək şəhərində etdiyi çıxışda “Amadnews”un “Telegram” kanalında ETTELAAT nazirini xüsusi formada təriflədiyini və nazirin bu xəbər saytının arxasında dayandığını bəyan etmişdi.

Bundan sonra ETTELAAT onu məhkəməyə vermişdi. Nazirliyin şikayətinin araşdırıldığı və nəticədə Həsən Abbasiyə qarşı həbs hökmü çıxarıldığı barədə məlumatlar yayılmışdı. Lakin onun neçə il həbsə məhkum edildiyi və hökmün icra edilib-edilmədiyilə bağlı heç bir məlumat verilməmişdi.

Digər tərəfdən Ruhullah Zəmin atası uzun müddət dövlətin müxtəlif mühüm postlarında işləmiş və rejimlə yaxşı münasibətləri olan şəxsdir.

Geri dön