Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 29%-dən çox azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 29%-dən çox azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 29%-dən çox azalıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artaraq 25,244 mlrd. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 14,866 mlrd. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 10,378 mlrd. dollar olub. Nəticədə 4,488 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 4,1%, idxal 31,3% artıb, müsbət saldo isə 29,6% azalıb.

Geri dön