Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib - FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib - FOTO

Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib - FOTO


Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib.

Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.

Geri dön