Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq

Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq


Oktyabrın 24-25-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən təşkil olunan sammitdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Sammitdə 60-dək ölkənin parlament sədrinin və 300 nümayəndənin iştirakı gözlənilir. İki gün ərzində parlamentlərin sədrləri “Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, “BMT-nin Proqramının-2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, “Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar olacaq və onların ətrafında müzakirələr aparılacaq.

AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç Buriç sammitin ilk günündə parlament sədrləri qarşısında çıxış edəcək.

Qeyd edək ki, parlament sədrlərinin ilk konfransı 1975-ci ildə toplanıb. Həmin vaxtdan hər iki ildən bir parlament sədrlərinin sammiti Strasburqda və ya Avropa Şurası üzv dövlətlərindən birinin paytaxtında keçirilir.

Şəhla Ağalarova

Geri dön