Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniyanın “ZDF Sport Extra” kanalı “Traxtur”un oyununu canlı yayınlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Almaniyanın “ZDF Sport Extra” kanalı “Traxtur”un oyununu canlı yayınlayacaq

Almaniyanın “ZDF Sport Extra” kanalı “Traxtur”un oyununu canlı yayınlayacaq


Almaniyanın “ZDF Sport Extra” kanalı Güney Azərbaycanın “Traxtur” komandasıyla Tehranın “İstiqlal” komandası arasında baş tutacaq maçı canlı yayınlayacağıyla bağlı poster paylaşıb.

Alman dilində yazılmış posterdə deyilir ki, Təbrizin “Traxtur” komandasıyla Tehranın “İstiqlal” komandası arasında noyabr ayının 1-də keçirilməsi planlaşdırılan görüş “ZDF Sport Extra" kanalından canlı yayınlanacaq.

Kanalın əməkdaşları bunun üçün 5 ədəd HD kamera və 2 ədəd dronla Təbrizə gələcəklər. Bununla da, görüşü və “Traxtur”un çoxsaylı fanatlarının futbol maçı əsnasında komandalarına göstərdikləri dəstəyi dünyaya çatdıracaqlar.

Maraqlı faktlardan biri budur ki, dünyada ən çox fanatı olan 5 komandadan biri hesab edilən “Traxtur”un maçlarını İran Dövlət Teleradio Şirkəti yayınlamır. “Səhənd” kanalının kameraları isə 40 il bundan öncəki standartlara cavab verir və çox keyfiyyətsizdir.

“Traxtur”un tərəfdarlarının komandalarına göstərdikləri dəstəyin dünyanın bir neçə kanalında öz əksini tapmasından sonra bir çox mötəbər beynəlxalq kanallar Təbrizə gəlib, bununla bağlı yerində reportaj hazırlamaq istəyirlər.

Bir müddət öncə “Transfermarket” saytı ən çox tərəfdarı olan futbol komandaları üzrə reytinq cədvəli hazırlamışdı. Həmin cədvəldə “Traxtur” orta hesabla stadionda maçlarını izləyən 66883 fanatla dünya üzrə 5-ci yerdə qərarlaşmışdı.

Ə.A

Geri dön