Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”dan böyükhesablı qələbə - 4:0
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”dan böyükhesablı qələbə - 4:0

“Traxtur”dan böyükhesablı qələbə - 4:0


Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində qarşılaşdığı Mazandaran təmsilçisini öz meydançasında böyük hesabla məğlub edib.

Komandamız yarışların 7-ci həftəsində Təbriz vaxtı ilə saat 15:30-da Qaimşəhrin Vətəni stadionunda keçirilən görüşdə qonağı olduğu “Nəssaci”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Traxtur”a qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

“Traxtur” bu qələbədən sonra 17 xalla müvəqqəti olaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

N.S

Geri dön