Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncan əyalətində çörəyin qiyməti qalxır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncan əyalətində çörəyin qiyməti qalxır

Zəncan əyalətində çörəyin qiyməti qalxır


Güney Azərbaycanın Zəncan Əyalətində çörək və çörək məmulatlarının kəskin bahalaşacağı gözlənilir.

Bu barədə Zəncan Əyaləti Ticarət, Mədən və Sənaye Təşkilatının rəis müavini Əmirəli Müseyyibi “İsna” xəbər agentliyinə danışıb.

“Çörəyin qiymətinin qalxması qətidir. Lakin bu barədə son qərar verilməyib. Ticarət, Mədən və Sənaye Təşkilatı, Kənd Təsərrüfatı və Taxıl İdarəsi, Çörəkçilər Dərnəyi və Şəhər İcra Hakimiyyətinin nümayəndələri arasında birgə iclas keçirilib. Nümayəndələr yeni qiymətlər təklif ediblər. Bu barədə mövcud şərait nəzərə alınaraq qərar veriləcək.”- deyə o bildirib.

Təşkilat müavini əlavə edib ki, çörəyin qiyməti Zəncan Əyaləti ilə birlikdə digər əyalətlərdə də bahalaşacaq. Yeni qiymətin təyin edilməsində əyalətlərin bu barədə verdiyi qərar da nəzərə alınacaq.

Qeyd edək ki, İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş məktəb ləvazimatlarına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

N.S

Geri dön