Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > KİV: ““Traxtur” əks-hücum taktikasına keçib – Bir oyunda komandanın 6 oyunu qədər qol vurulub”
KİV: ““Traxtur” əks-hücum taktikasına keçib – Bir oyunda komandanın 6 oyunu qədər qol vurulub” |
Güney Azərbaycanın “Traxtur” futbol komandası oktyabrın 21-də Qaimşəhrdə qarşılaşdığı “Nəssaci” komandasına 4 qol vurmağa nail oldu, bu, “Traxtur”un 19-cu super liqa yarışları başlayandan 6 oyunda vurduğu qollara bərabərdir.
“Mehr” xəbər agentliyi “Traxtur”-“Nəssaci” görüşü ilə bağlı yaydığı xəbərdə baş məşqçi Mustafa Dənizlinin 6 oyundan sonra əks-hücum taktikasına keçdiyini yazıb. Bildirilib ki, super liqanın 7-ci həftəsinədək “Traxtur” komandası müdafiə taktikasına üstünlük verirdi. Lakin hücumda bir o qədər uğur əldə edə olunmurdu. “Nəssaci” ilə qarşılaşmada isə baş məşqçi əks-hücum taktikasına keçdi, bunun nəticəsində “Traxtur” ötən 6 oyunu qədər qol vurmağa nail oldu. Yazıda oyunun ikinci hissəsinə xüsusi diqqət çəkilib: “Yeni taktika oyunun ikinci hissəsində daha çox hiss olunurdu, ona görə də ikinci hissədə vəziyyət təmami ilə dəyişdi və rəqib komandaya 4 qol vuruldu.” Qeyd edək ki, super liqa yarışlarının 7-ci həftəsində baş tutan görüş 4:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşmışdır. N.S Geri dön |