Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb

Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb


Təbrizin İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjada qarşı irəli sürülən ittihamla bağlı icraata xitam verilməsinə dair hökm çıxarıb.

Fəal “ölkəyə qarşı olan cəmiyyətlərdə üzv olmaq” ittihamı ilə mühakimə olunub. Artıq dosye Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi qərarla qapanıb.

Azərbaycanlı fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıb, ev sahibinə aid bir çox kitab, ləptop və şəxsi yaddaş kartını (flaşka) götürmüşdülər.

N.S

Geri dön