Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb

Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb


Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihənin vəsait çatışmazlığından dolayı dayandırıldığı bildirilir.

Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin planlaşdırma bölümünün məsulu Əli Hacı Muradı məlumat verib.

O bir müddət əvvəl bildirmişdir ki, “Təbriz və Urmiyada Urmu gölünə axıdılan kanalizasıya sularını təmizləmək məqsədi ilə təmizləmə-saflaşdırma qurğularının quraşdırılması layihələri üzərində işə başlanılıb. Bu layihələr Təbrizdən Urmu gölünə axıdılan 125 milyon kubmetr və Urmiyadan gələn 53 milyon kubmetr kanalizasiya suyunun təmizlənməsi üçün nəzərdə tutulub. Layihələrdən biri payızın axır ayı, digəri isə gələn il yazın orta ayında istifadəyə veriləcək.”

Əli Hacı Muradi aradan 3 ay keçdikdən sonra layihələrin büdcə vəsaiti çatışmazlığından dayandırıldığını açıqlayıb.

“Təbrizdəki layihə üçün 70 milyard tümən vəsaitə ehtiyac var. Bu məbləğdən bu günədək yalnız 1 milyard tümən ödənilib.
Urmiya ilə bağlı layihə isə 34 milyard 200 milyon tümən vəsait tələb edir. Bu məbləğ də ödənilməyib. Sadəcə 3.5 milyard tümən Qərbi Azərbaycan Su və Kanalizasiya Şirkətinə təhvil verilib. Şübhəsiz ki, bu məbləğ olduqza yetərsizdir. Ona görə də bir aydır ki, hər iki layihədə işlər dayanıb.”- deyə o bildirib.

Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi sözlərinin sonunda bəyan edib ki, Enegetika Nazirliyi layihələrin icrası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirir, lakin Planlaşdırma və Büdcə Təşkilatı 7 aydır ki, sözügedən layihələrə ayrılan büdcə vəsaitini təmin etməkdən imtina edir.

N.S

Geri dön