Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək

Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək


Oktyabrın 26-da Finlandiyanın paytaxtı Helsinkidə, Arkada Universitetində “Vətənim Azərbaycan” adlı Azərbaycan mədəniyyəti günü keçiriləcək.

Tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Türk Gənclər Təşkilatının, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Skandinaviya ölkələrindəki Azərbaycan və türk diasporunun üzvlərinin, burada təhsil alan tələbələrin, Azərbaycan səfirliyinin əməkdaşlarının, Finlandiyada akkreditə olunan diplomatik korpusun təmsilçilərinin, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə əvvəlcə ölkəmiz haqqında film göstəriləcək, milli rəqslərimiz ifa olunacaq. Tədbirdə, həmçinin Azərbaycandan dəvət olunmuş musiqiçilərimiz Rəvanə Qurbanova (müğənni), Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycan mədəniyyəti günü çərçivəsində peşəkar fotoqraf Etibar Cəfərovun “Azərbaycan rəngləri” fotosərgisi də açılacaq.

“Vətənim Azərbaycan” tədbirində iştirak və digər məsələlərlə əlaqədar Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova (+358456453262, ulvija.jabbarova@gmail.com) ilə əlaqə saxlamaq lazımdır.

Geri dön