Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub

Güney azərbaycanlı idmançı vuşu üzrə dünya çempionu olub


Güney azərbaycanlı idmançı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb.

Tanınmış ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub.

Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən olan Məhəmməd Reyhaya qalib gəlib. O final yarışında Mərakeşdən olan Səd Borikanı məğlub etdikdən sonra çempionatın qızıl medalını qazanıb.

Yusif Səbri 2017-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazanarraq dünya çempionu olmuşdur.

N.S

Geri dön