Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncanın hava limanı bağlanmaq üzrədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanın hava limanı bağlanmaq üzrədir

Zəncanın hava limanı bağlanmaq üzrədir


Oktyabrın 24-də Güney Azərbaycanın Zəncan şəhərinin Hava Limanından Məşhəd şəhərinə son uçuş həyata keçib.

Bu barədə Zəncan Hava limanının Müdiri Məhəmməd Qasimi məlumat verib.
“Cümə axşamı günü son uçuş həyata keçirilib, lakin gələn həftələr üçün heç bir bilet satılmayıb. Bu, hava limanının işinin sona çatdığı anlamına gəlir.”- deyə o bildirib.

Məhəmməd Qasimi Zəncan-Məşhəd və əksinə uçuşlarının zərfiyətinin dolu olduğunu bildirsə də, agentliklərin gələn həftə üçün heç bir bilet satmadığını deyib.

Hava limani ilə birgə, Zəncandakı digər böyük layihələr də yerin düzgün seçilməməsi səbəbindən zərərli hala gəlib.

Qeyd edək ki, Zəncan Hava Limanı 2000-ci ildə işə başlayıb. Zəncan şəhəri paytaxt Tehranın yaxınlığında yerləşdiyi üçün onun ölkənin ən işlək hava limanlarından olacağı gözlənilirdi. Təəssüf ki, Zəncan əyalətində özəl sektorların zəif olması səbəbindən gözlənilən nəticə əldə edilmədi. Son vaxtlar ölkə əyalətləri, xüsusi ilə də Güney Azərbaycanın şəhər və kəndlərində qeyri-adi bahalığın hökm sürməsi əhalinin daha çox yoxsullaşmasına səbəb olub. Bu məsələ də insanların təyyarə ilə səfər etməsinə birbaşa təsir göstərir.

N.S

Geri dön