Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Etirazlardan sonra İran Azərbaycanında türkdilli filmin nümayişinə icazə verildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Etirazlardan sonra İran Azərbaycanında türkdilli filmin nümayişinə icazə verildi

Etirazlardan sonra İran Azərbaycanında türkdilli filmin nümayişinə icazə verildi


Ərdəbil vilayətinin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə filmin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar qarşısında türkdilli "Kömür" filminin sinema ekranlarına çıxmasına icazə verilib.

Bu barədə "Kömür" filminin rejissoru İsmayıl Münsif oktyabrın 23-də öz Instagram hesabında yazıb.

İslam Respublikasında bütün mədəni fəaliyyətləri tənzimləyən dini qurum İlk öncə filmin vilayətdə nümayişinin dayandırılmasını "pantürkistlərin fəaliyyətinə zəmin yaratmamaq" məqsədi ilə əsaslandırmışdı.

İran Azərbaycanında artan sayda filmlər doğma dildə çəkilir.
Hal-hazırda "Kömür" filmi Tehran, Ərdəbil və Təbriz kinoteatrlarında nümayiş olunur. Həmin filmin premyerası oktyabrın 9-da Təbrizin "Setare-Baran" kinoteatrında və oktyabrın 12-də Ərdəbilin "İnqilab" kinoteatrında keçirilmişdi.

Son 10 il ərzində İran Azərbaycanı vilayətlərində çəkilən filmlərin çoxu türkcə çəkilir və bu filmlərin sayı getdikcə artmaqdadır.

Türkcə çəkilmiş "Ev" filminin rejissoru Rza Siyami Amerikanın Səsinə müsahibədə, türk filmlərinin İranda bir janra çevrilməsi üçün sərmayə, millətin dəstəyi, iş adamların və Azərbaycan şəhərlərində dövlət məsullarının dəstəyinin gərəkdiyini qeyd etmişdi.

İran Azərbaycanının Astara şəhərində çəkilmiş “Kömür” filminin ssenari müəllifi və rejissoru İsmayıl Münsif və prodüseri fransalı Etienne de Ricaudur.
Filminin rejissoru İranın "Fəcr" film festivalında heç bir film aktyorların və əməkdaşlarına heç bir mükafat verilmədən sonra "Hər zaman türk dilində filmlər çəkəcəyimi söyləməliyəm" demişdi. Film İranın Fəcr film festivalında münsiflərin diqqətini cəlb etsə də heç bir mükafata layiq görülməmişdi. İranın ən məşhur aktrisası Niki Kərimi "Bu sosial filmin sağlamlığından, hamar və təsirli oyunlarından və hətta filmin insanlıq mövzüsüna xidmət edən kameramanlığından həzz aldım." demişdi.

Təxminən beş il əvvəl Etienne de Ricaud adlı bir fransız prodüseri mənə zəng edərək qısa filmlərimi gördüyünü söylədi və birlikdə işləməyimizi və uzun bədii film çəkməyimizi təklif etdi.
İsmayıl Münsif
Son vaxtlarda İranın xəbər agentlikəri "Kömür" filminin yaxın gələcəkdə Fransada ekrana çıxacağı barədə xəbərlər yayıb.

"Təxminən beş il əvvəl Etienne de Ricaud adlı bir fransız prodüseri mənə zəng edərək qısa filmlərimi gördüyünü söylədi və birlikdə işləməyimizi və uzun bədii film çəkməyimizi təklif etdi," filmin rejissoru bildirib. "Kömür" filminin layihəsini verdim və nəhayətdə bu layihənin işi başlandı, ona görə bu film İran və Fransanın ortaq məhsuludur."

Bu filmdən öncə 3 qısametrajlı film çəkən İsmayıl Münsif deyib: "Bu film mənim üçün çox önəmli idi, çünki insanların alçaldılma prosesini göstərmək istədim, çünki təhqir sonda insanları qisas almağa məcbur edir."

Geri dön