Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb

“Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb


Güney Azərbaycanın “Traxtur” futbol komandası Abadanın Təxti stadionunda bu şəhərin “Sənət Neft” komandası ilə keçirilən qarşılaşmadan məğlub ayrılıb.



Bu, “Traxtur”un 19-cu super liqa yarışlarında birinci məğlubiyyəti sayılır.



Oktyabrın 25-i Təbriz vaxtı ilə saat 18:00-da başlayan görüş 2:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.



“Sənət Neft” tərəfindən oyunun 21-ci dəqiqəsində İsa Al-Kəsir və 53-cü dəqiqədə Məhəmməd Qureyşi qol vurub. “Traxtur”un yeganə qolu isə Məhəmmədrza Azadi tərəfindən 83-cü dəqiqədə vurulub.



Bu nəticədən sonra “Traxtur” 17 xalla turnir cədvəlinin 2-ci pilləsində, “Sənət Neft” isə 15 xalla 6-cı pillədə qərarlaşıb.

Geri dön