Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Serbiyada
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Serbiyada

Güney azərbaycanlı taekovandoçu qızıl medal qazanıb – Serbiyada


Şərqi Azərbaycanın Miyana şəhərindən olan iki taekvondoçu Serbiyada keçirilən beynəlxalq yarışlarda bir qızıl və bir bürünc medal qazanıb.


Taekovando üzrə 18-ci Serbiya Beynəlxalq Turniri bazar günü Belqrad şəhərində keçirilib.


Mir Haşim Hüseyni (-74 kq) və Səid Rəcəbi (+ 87 kq) İranın milli komandası tərkibində beynəlxalq turnirdə iştirak edib.


Mir Haşim Hüseyni final mərhələsində Dmitri Artiuxovla qarşılaşıb. Yarışın 3-cü raundu11:11 hesabı ilə başa çatıb. idmançımız əlavə raundda rəqibini məğlub edərək qızıl medal qazanıb.


Səid Rəcəbi isə dörddəbir final mərhələsində Polşadan olan rəqibinə qalib gəldikdən sonra yarışların növbəti mərhələsinə yol tapıb. Yarımfinal mərhələsində Mekzika təmsilçisinə məğlub olan idmançımız bürünc medalla kifayətlənib.


Mir Haşim Hüseyni ötən il İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında da Çindən olan rəqibi Şuai Jaunu məğlub edərək yarışların qızıl medalını qazanmışdır.


Geri dön