Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beş yüzə yaxın amerikalı hərbçi İraqdan Suriyadakı bazaya qaytarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Beş yüzə yaxın amerikalı hərbçi İraqdan Suriyadakı bazaya qaytarılıb

Beş yüzə yaxın amerikalı hərbçi İraqdan Suriyadakı bazaya qaytarılıb


Bu yaxınlarda İraqa təxliyə olunan 500-ə yaxın amerikalı hərbçi Suriyanın şimalındakı hərbi bazaya qayıdıb.

“Asharq Al-Awsat” qəzetinin yaydığı məlumata görə, həmin baza Tell-Tamer və Tell-Baydar yaşayış məntəqələri arasında, İraq sərhədində yerləşən Qamışlı şəhərindən Hələbə gedən M4 avtomobil yolunun yaxınlığındadır.

Bir müddət öncə “Al Watan” qəzeti 34 yük avtomobilindən ibarət hərbi karvanın Əl-Valid nəzarət-buraxılış məntəqəsindən Suriyanın Haseke əyalətinə daxil olduğunu yazıb. Shafaaq News portalı isə ötən gecə Birləşmiş Ştatlara məxsus 150 ədəd hərbi texnikadan, o cümlədən 35 zirehli transportyordan ibarət bir neçə hərbi karvanın İraq ərazisindən Suriyaya keçdiyini bildirib.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatına başladıqdan sonra ABŞ öz hərbçilərini bu bölgədən çıxararaq İraqa aparmışdı.

Geri dön