Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib

Böyük Britaniya Parlamenti növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib


Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Baş Nazir Boris Consonun dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifi rədd edilib.

299 deputat seçkilərin keçirilməsinin lehinə səs versə də, 70 deputat isə təklifin əleyhinə olub.

Baş Nazir, erkən seçkilərin keçirilməsi üçün səylərini davam etdirəcəyini söyləyib.

İngiltərədəki mövcud seçki qanunlarına görə, erkən seçkilərin keçirilməsi üçün parlamentdə üçdə iki səs çoxluğu (434 səs) tələb olunur.

Qeyd edək ki, Baş Nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.

Geri dön