Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olub

Xalq yazıçısı İsmayıl Şıxlıya həsr edilmiş filmin təqdimatı olub


Beynəlxalq Muğam Mərkəzində ARB “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal etdiyi “Ölən dünyanın yaddaşı” adlı filmin təqdimatı olub. Ekran əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, görkəmli ədəbiyyatşünas, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq çəkilib.
Tədbirdə professor Qulu Məhərrəmli, xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək görkəmli yazıçı İsmayıl Şıxlının zəngin yaradıcılığından danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Onun yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və heyət adından filmin ssenari müəllifi Arif Əliyev çıxış edərək ekran əsəri barədə məlumat verib.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, montajçısı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Sonra film nümayiş olunub.

DAVAM.AZ

Geri dön