Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır

Əlilliyi olanlar üçün yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır


“Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib. O bildirib ki, Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Nazir müavini Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqda Konvensiyası”nı ratifikasiya edən ilk ölkələrdən olduğunu bildirib. A. Kərimov Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Reabilitasiya” altsisteminin önəmini diqqətə çatdırıb. O qeyd edib ki, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq: "Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına imkan verəcək".
“Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminar Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

DAVAM.AZ


Geri dön