Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cenevrədə Azərbaycanda qadınların biznes fəaliyyətləri ilə bağlı danışılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Cenevrədə Azərbaycanda qadınların biznes fəaliyyətləri ilə bağlı danışılıb

Cenevrədə Azərbaycanda qadınların biznes fəaliyyətləri ilə bağlı danışılıb


Cenevrədə BMT-nin Mərkəzi Asiya Dövlətlərinin İqtisadiyyatı üzrə Proqramının (SPEKA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Tematik İşçi Qrupunun illik iclası keçirilib. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan və digər dövlətlərin nümayəndələrinin, eyni zamanda, beynəlxalq təşkilatların da iştirak etdiyi iclasa Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sədrlik edib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri çıxış edərək bildirib ki, SPEKA-nın 14 illik fəaliyyətindən 12 ilinə Azərbaycan sədrlik edir. İclasın əsas məsələsi 2017-2019-cu illər arasında ölkələrdə olan fəaliyyət və qadınların iqtisadi imkanlarının artırılması, irəli çəkilməsi kimi mövzuları müzakirə etmək və 2020-2021-ci illər üçün fəaliyyət planı ətrafında fikir mübadiləsi aparmaqdır. H.Hüseynova Komitənin BMT İnkişaf Proqramı ilə həyata keçirdiyi əhəmiyyətli layihələr haqqında danışaraq, regionlarda yaradılan Qadın Resurs mərkəzlərinin qadınların iqtisadi bacarıqlarının artırılması, qadınlar arasında kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və qadınların biznes fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Komitə sədri bildirib ki, Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun və xüsusilə də sahibkarlığın inkişafı da bu artımı təmin edir.
Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafına ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Tədbirdə Azərbaycan təcrübəsinin öyrənilməsinin maraqlı olması qeyd olunub və təcrübə mübadiləsinin aparılması təklif olunub.

DAVAM.AZ

Geri dön