Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb


İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Diplomatik missiya fəaliyyətinin dayandırılması ilə əlaqədar məlumat yayıb. Məlumatda deyilir: “İsrail Maliyyə Nazirliyinin 2019-cu il iyulun 21-də qurumun baş direktoru tərəfindən imzalanmış razılaşmaları pozması və son onilliklər ərzində qüvvədə olan protokolu dəyişdirən birtərəfli prosedur tətbiq etməsi ilə əlaqədar olaraq biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik. Heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə daxil olmasına icazə verilməyəcək.

İsrailli diplomatlar hər zaman İsrailin gücünü və dayanıqlığını artırmaq üçün səy göstəriblər. Təəssüf ki, Maliyyə Nazirliyinin bu qərarı İsrail Dövlətinin həyati mənafelərinə xələl gətirdiyindən bizə yuxarıda qeyd olunan addımları atmaqdan başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran yaxın zamanda həll ediləcək”.

Qeyd edək ki, İsrailin bütün ölkələrdəki diplomatik missiyaları fəaliyyətini müvəqqəti dayandırıb.

Geri dön